13:40 / 10 Oktyabr 2021

İraqda seçki məntəqəsinə hücum: ölən və yaralanan var

458
İraq Parlamentinə keçirilən erkən seçkilər zamanı seçki məntəqəsinə silahlı hücum olub.

Bakupost.az xəbər verir ki, bu barədə İraqın "Al Sumaria" telekanalı məlumat yayıb.

Hücum İraq paytaxtının şimal-şərqində yerləşən Diyala əyalətində həyata keçirilib.

Hadisə nəticəsində bir əsgər ölüb, daha biri yaralanıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər