Ru
14:37 / 05 Noyabr 2019

İrəvan Dram Teatrı teatrı "Oğru və Doğru"nu təqdim etdi

1685

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İmir Məmmədlinin “Oğru və Doğru” pyesi əsasında hazırlanan yeni tamaşanı təqdim edib.

Bu barədə BakuPost-a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Bildirib ki, səhnə əsəri Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş olunub. Tamaşanın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, rejissor assistenti Bəhruz Hikmətoğlu, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda Müdvər Nemətova (Afaq), Anar Buludov (Rasim), Niyaməddin Səfərəliyev (Piralı), Rövşən Cəfərov (Gözətçi) və Arzuman Tanrıverdi (Oğru) çıxış ediblər.

Günel
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər