Ru
10:16 / 22 Noyabr 2021

İrəvanda yenə aksiyalar keçirilir - FOTOLAR

2117
Ermənistanın paytaxtı İrəvanda bu gün səhərdən etiraz aksiyaları başlayıb.

Bakupost.az xəbər verir ki, aksiyalar şəhərin müxtəlif yerlərində keçirilir.

Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.

Onlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər.

İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.

Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Bu gün saat 17.00-da isə Ermənistan paytaxtının Respublika meydanında mitinq keçirilməsi nəzərdə tutulur.
İrəvanda yenə aksiyalar keçirilir -  FOTOLAR
İrəvanda yenə aksiyalar keçirilir -  FOTOLAR
İrəvanda yenə aksiyalar keçirilir -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər