Ru
20:06 / 22 May 2019

Çirklənmiş ərazilər bərpa ediləcək

1801
"Hazırda
Abşeron yarımadasında çirklənmiş torpaqların inventarlaşdırılması və
qiymətləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir”. Modern.az xəbər
verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

 

 
  Nazir
qeyd edib ki, qiymətləndirmədən sonra təmizlənmə və bərpa metodologiyaları
müəyyənləşdiriləcək, çirklənmiş ərazilər torpaqların gələcək istifadə
təyinatına uyğun olaraq mərhələlərlə bərpa ediləcək.
 

 

 

Muxtar
Babayev deyib ki, su hövzələrinin çirkləndirilməsi ölkənin və yarımadanın əsas
ekoloji problemlərindəndir: "Kanalizasiya sistemlərinin və müvafiq təmizləyici
qurğuların qurulması hesabına su mənbələrinin çirklənməsinin qarşısı
alınmalıdır”.

 

 
  Nazir
vurğulayıb ki, Azərbaycanda da iqlim dəyişmələrinin fəsadları müşahidə olunur
və təhlükəli hidrometeoroloji hadisələrın sayında, intensivliyində artım
tendensiyası izlənilir: "Bu sahədə ölkədə erkən xəbərdarlıq sisteminin
təkmilləşdirilməsi, dəniz hidrometeoroloji şəbəkəsinin avtomatlaşdırılması,
yeni proqnoz modellərinin tətbiqi ilə hidrometeoroloji xidmət sahəsinin
modernləşdirilməsi nəzərdə tutulub”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər