Ru
11:06 / 03 Avqust 2020

İş axtaran müəllimlərin elektron sənəd qəbulu nəticələri bilindi

2306
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun nəticələri
açqılanıb.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.

Nazirlikdən "BakuPost"a verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb. Test imtahanının mərhələsi barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu 16-25 iyul tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər