İşıq limitinə baxılması üçün araşdırmalar aparılır - Vahid Əhmədov

1422
"Təbii qazın güzəştli tariflə illik istehlak limitinə baxıldı, işıq limitinə baxılması üçün araşdırmalar aparılır”.

Bakupost xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, işıqla bağlı məsələnin həllini tapması üçün ciddi təhlillər aparılmalıdır:

"Bu təhlillər aparılmadan, limitin artırılması düzgün deyil. Yayda və qışda istehlak olunan enerjiyə artan tələbat nəzərə alınaraq, qərar verilməlidir”.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər