Ru
13:39 / 05 Avqust 2020

"Hər yer bağlıdır, işləməyənlər nə ilə dolanmalıdır?" - Deputat 190 manat haqda

3829
"Sahibkarlığa ciddi dəstəyin verilməsi vacibdir.. Həmçinin bu gün işsizlər və imkansızlar ağır vəziyyətə düşüb".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bu gün keçirilən iclasda deyib. Deputat təklif edib ki, problemlərin həlli üçün nə nail olmaq üçün başlanılan islahatlar daha da dərinləşdirilsin”.

"Yeni iqtisadi paket işlənib hazırlanan zaman 5 aylıq dövr yaxşıca araşdırılmalıdır".

Deputat Fazil Mustafa isə 190 manatlıq birdəfəlik yardımlardan danışıb. O, bil
dirib ki, bu zəruri addım idi. "Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq və onlara vəd vermirik ki, haradan dolanmalıdır. Bu gün insanlar sadəcə xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır. 190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu, əsas götürməlidir. Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səyləri sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir”.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər