Ru
15:38 / 23 Yanvar 2021

İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi FOTO

2492
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə İsmayıl Muxtar oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.

"BakuPost" bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

***
İsmayıl Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002), Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun akademiki (2012).

O, tarixin müxtəlif problemlərinə həsr olunmuş 52 kitab və monoqrafiyanın, 450-yə yaxın elmi məqalənin, 300-ə yaxın elmi-publisist məqalənin müəllifidir. Fərdi və birgə yazdığı "Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası", "Mustafa Kamal Atatürk və Naxçıvan", "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi", "Naxçıvan Azərbaycanın dövlətçilik tarixində", "Naxçıvan abidələri ensiklopediyası" (Azərbaycan və ingilis dillərində), "Naxçıvan tarixi atlası", "İntibahın 15 ili", "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan", "Naxçıvan tarixi" (Üç cilddə. I, II, III cildlər) və s. əsərləri elmi sahədə ciddi qəbul edilir.
İsmayıl Hacıyev 21 yanvar 1951-ci ildə Culfa rayonunun Xanəgah kəndində anadan olub.
1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib.
Ailəlidir, üç övlad atasıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər