Ru
15:02 / 05 Mart 2020

İsmayıllının yeni icra başçısının TƏRCÜMEYİ-HALI

25582
Bu gün Prezident İlham Əliyev Nahid Rza oğlu Bağırovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.Bağırov 4 Aprel 1979-cu ildə Bakıda anadan olub. Orta təhsilini 242 və 151 saylı məktəblərdə alıb.


1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində, 2001-2005-ci illərdə “Sirr” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb.

2009-cu ildən etibarən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədridir.

2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər Şurasının Avropa üzrə vitse-prezidenti seçilib.

2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvüdür. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavinidir.

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Bu il keçilərən növbədənkənar parlament seçkilərində Bağırov Nahid Rza oğlu 62 saylı Saatlı dairəsindən deputatlığa namizəd olub.

Ailəlidir, iki övladı var
Şərhlər
  • Vəsidə Mustafayeva

    Mən fəxr edirəm ki, rayonumun bucür savadlı, xalqsevən, humanist, vətənpərvər bir icra başçısı var. Allah Sizi hərzaman qorusun Nahid müəllim AMİN!.. Sizə bütün xeyirxah işlərinizdə müvəffəqiyyətlər arzulayıram!..

  • Qurban Bayramov

    Mən 70 yaşı arxada qoyan bir şəxsəm - 50 ildən çoxdur ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışıram, deyirlər ki, tanınmış tənqidçi-ədəbiyyatşünasam! Sizin kimi bir gəncin yeni təyinatına ürəkdən sevindim! Oxudum və keçdiyiniz həyat yolu ürəyimdə fərəh və qürur doğurdu! Bu qəbildən təyinatlarına görə Prezidentimizə təşəkkürümü bildirirəm! P.s.: İsmayıllıda heç bir qohumum, dostum-tanışım (Musa Yaqubdan başqa) yoxdur, Sizi də indi tanıdım! Sadəcə bir ziyalı kimi sevindim ki, çox şükürlər ki, xalqımız, millətimiz, dövlətimiz Sizin kimi bacarıqlı gənclər yetişdiribdir!! Uğurlar diləyirəm!! = Qurban Bayramov, dokt.professor, tənqidçi-ədəbiyyatşünas.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər