Ru
23:41 / 12 Oktyabr 2019

İspaniya millisi görünməmiş göstəriciyə imza atıb

3326
AVRO-2020-nin seçmə mərhələsinin hazırda davam edən Norveç – İspaniya qarşılaşması qonaqlar üçün iki tarixi hadisə ilə əlamətdardır.


BakuPost-un APA-ya istinadən məlumatına görə, İspaniya millisinin tarixində ilk dəfə start heyətində yer alan 11 futbolçu 11 müxtəlif klubu təmsil edir.

Bunlar İngiltərə təmsilçiləri “Çelsi” (Kepa Arrisabalaqa), “Arsenal” (Daniel Sebalyos), Fransa çempionu PSJ (Xuan Bernat), İtaliya “Napoli”si (Fabian Ruis) və yerli klublar “Real” (Serxio Ramos), “Vilyarreal” (Raul Albiol), “Sevilya” (Xesus Navas), “Atletiko” (Saul Niqes), “Barselona” (Serxio Buskets), “Valensiya” (Rodriqo), “Real-Sosyedad” (Mikel Oyarabal) komandalarıdır.

“Real”ın yeganə nümayəndəsi S.Ramos millidə 168-ci oyununa çıxmaqla bu göstəricidə mütləq rekord vurub. O, sabiq komanda yoldaşı İker Kasilyası (167) arxada qoyub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər