İstanbula getmək üçün bir biletlik pulu olan rejissor sonradan necə məşhurlaşdı? - VİDEO

1609
Türkiyənin məşhur rejissoru Batur Emin Akyel "Çöldə Yaşam Öyüdləri” verilişində öz uğur hekayəsini danışıb.

BakuPost xəbər verir ki, B. E. Akyel Türkiyənin məşhur rejissorlarından biridir. Filmləri dünyanın müxtəlif ölkələrində beynəlxalq festivallara qatılaraq şöhrət qazanıb. O, Türkiyə telekanallarında yayımlanan 600 bölümdən çox serialın rejissorudur. Onun senari müəllifi və rejissoru olduğu "Məddah” filmi rejissorun öz iştirakı ilə Bakıda nümayiş olunub və böyük maraqla qarşılanıb. 

Ölkənin ilk və tək turizm kanalı olan QafqazTV-nin özəl dəvəti ilə Azərbaycana gələn rejissor Eltən Qədimbəylinin müəllifi və aparıcısı olduğu "Çöldə Yaşam Öyüdləri” verilişinin qonağı olub. Onun hələ Universitetdə təhsil aldığı dönəmdə karyera qurmaq məqsədi ilə düşünülərək atdığı addımlar rejissorun uğurunun başlanğıcı olub. O çağ cibində yalnız İstanbula gəlmək üçün avtobus biletinə çatacaq pulu olan gənc Batur Emin Akyelin sonralar tanınan rejissora necə dönüşdüyü bütün izləyicilər üçün maraqlı olacaq. Qubada, Çölçü Obasında çəkilən "Çöldə Yaşam Öyüdləri” verilişinin ilk dəqiqələrindən uşaqlıq çağlarına dönən rejissor özü haqqında maraqlı xatirələrini danışıb. Verilişin aparıcısı Eltən Qədimbəylinin rejissoru yetişdirən, öyüd verənlərin kim olduğu sorusuna cavabında Batur Emin Akyel yalnız müəllimlərinin adlarını sadalamadı, eyni zamanda öz izləyicilərinə kiçik bir sirr açdı. Ünlü rejissor Azərbaycandakı bəzi məqamlar haqqında heyranlıqla danışıb. 

Bəs rejissor Azərbaycan seriallarını necə dəyərləndiri? "Çöldə Yaşam Öyüdləri” verilişinin izləyiciləri üçün bu verilişdə danışılan mövzular düşündürücü olduğu qədər də gələcək uğurlarının açarı ola bilər. 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər