Əkrəm İmamoğlu Ərdoğana səsləndi: - 770 MİN FƏRQ“İstanbulda birlikdə işləyək”

  • 23 İyn 2019 21:00
  • 2716 Baxış
Əkrəm İmamoğlu Ərdoğana səsləndi:  - 770 MİN FƏRQ “İstanbulda birlikdə işləyək”
Anadolu Agentliyinin son məlumatlarına görə, səslərin 99,2 faizi sayılıb. Əkrəm İmamoğlu 54,01, Binali Yıldırım 45,1 faiz səs toplayıb. İmamoğlu 773 min səs fərqi ilə öndədir. Yaxın saatlarda Yüksək Seçki Komissiyasının rəsmi nəticələri açıqlayacağı və Əkrəm İmamoğlunun qalib elan ediləcəyi gözlənilir. 
 

Əkrəm İmamoğlu nəticələrin açıqlamasından ardından mətbuat konfransı keçirib. O, ailəsinə, tərəfdarlarına və bütün seçicilərə təşəkkürünü bildirib. Bələdiyyə sədri deyib ki, İstanbulda yeni səhifə açacaqlar. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da birlikdə əməkdaşlıq və İstanbulun problemlərini birlikdə həll etməyi təklif edib. 

 

** 

İstanbul keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

BakuPost.az  Türkiyə mediasına istinadən xəbər verir ki, səslərin təxminən 96 faizinin hesablanmasından sonra Əkrəm İmamoğlu 53,72 faiz, Binəli Yıldırım isə 45,37 faiz səs toplayıb.



İlkin nəticələri şərh edən B.Yıldırım rəqibinin ondan öndə olduğunu və Ə.İmamoğlunun İstanbulda yaxşı işlər görəcəyinə ümid etdiyini bildirib.




 

***

 

Rəsmi dövlət agentliyi olan Anadolu Agentliyinin açıqladığı rəqəmlərə görə, səslərin 95 faizi sayılıb.

Əkrəm İmamoğlu 700 min səs fərqlə seçkinin qeyri-rəsmi qalibidir.

Binali Yıldırım nəticələrin açıqlanmasından dərhal sonra bəyanatla çıxış edib. O, rəqibi Əkrəm İmamoğlunun öndə olduğunu bildirib. AKP namizədi Əkrəm İmamoğlunu qələbəsi münasibətilə təbrik edib. 


 


 


 ***

Bu gün Türkiyənin İstanbul şəhərində təkrar bələdiyyə seçkiləri keçirilir.

Bakupost.az-ın xəbərinə görə, Bakı vaxtilə sata 18:00-da səsvermə bitib. Bu saata olan rəqəmlərə görə, seçki qutularının 44 faizi sayılıb. İlkin nəticələrə görə, iki namizəd arasında gözləniləndən böyük fərq var. Belə ki, sayılan sandıqlara görə Millət İttifaqının namizədi Əkrəm İmamoğlu 320 min səs fərqi ilə Cumhur İttifaqının namizədi Binali Yıldırımın önündədir.