Ru
22:14 / 05 Fevral 2020

İstanbulda təyyarə qəzası: Yaralı sayı artır - YENİLƏNİB, VİDEO

37420
İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı artıb.

BakuPost-un Türkiyə mediasına istinadən məlumata görə, bu barədə İstanbul şəhərinin qubernatoru Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, qəzadan sonra 120 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

***

İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb.

BakuPost-un məlumatına görə, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 52 nəfər xəsarət alıb.

***

İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb.

BakuPost-un Türkiyə mediasına istinadən məlumatına görə, özəl aviaşirkətə məxsus təyyarə Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxaraq yanıb və parçalanıb.

Qəza nəticəsində Sabiha Gökçen aeroportu fəaliyyətini dayandırıb, uçuşlar İstanbul hava limanına yönləndirilib.

Təyyarənin İzmir-İstanbul aviareysini həyata keçirdiyi bildirilir.

Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Sərnişinlər təyyarədən təxliyə edilir. Nəqliyyat naziri Cahit Turhan bildirib ki, təyyarədə 177 sərnişin olub. Onun sözlərinə görə, qəzada ölən yoxdur. Bir neçə nəfər yaralanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər