Ru
12:29 / 14 Noyabr 2019

"İstilik maya dəyərindən ucuz satılır" - "Azəristiliktəchizat" rəsmisi

3995
“Azərbaycanda əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. Bu da xidmətin sosial əhəmiyyəti ilə əlaqədardır".

BakuPost xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.


O, ölkədə istilik tariflərinin artırılması ehtimalına da münasibət bildirib: “İstiliyin maya dəyəri ilə bağlı mütəmadi hesablamalar aparılır, amma bu, tariflərin artırılacağı ilə başa düşülməməlidir”.

İ.Mirzəliyev təmsil etdiyi qurumun özəlləşdirilməsinə məsələsinə də aydınlıq gətirib: “Heç bir biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".
Şərhlər
  • Xuraman Həsənova

    Salam.Baytarlıq bitirmişem Türkiyede Kars Kafkaz Üniveristetinde təcrübə proqramı keçmişəm

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər