Ru
20:07 / 10 İyun 2020

İtaliya Kubokunda əlavə vaxt ləğv edildi

5412
Futbol üzrə İtaliya Kubokunun təşkilatçıları turnirin yarımfinal və final oyunlarında əlavə vaxtdan imtina etmək qərarına gəlib.

"BakuPost" xəbər verir ki, kubok matçlarında əsas hissə bitdikdən sonra qalib bilinməsə, komandalar dərhal penaltilər seriyasına keçəcəklər.

Yarımfinal görüşləri 12-13 iyunda olacaq. İlk matçda "Milan" və "Yuventus", ikinci qarşılaşmada isə "Napoli" ilə "İnter" komandaları finala yüksəlmək üçün mübarizə apacaqlar.

Final iyunun 17-də baş tutacaq.

İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər