Ru
13:03 / 24 Oktyabr 2019

İtaliyalı senatorlar Azərbaycanın şimalında – Onları nə təəccübləndirdi? - FOTO

2675
Milli Məclisin dəvəti ilə Azərbaycanda səfərdə olan İtaliya Senatının Xarici əlaqələr komitəsinin sədri Vito Petroçelli və senator Canluka Ferrara ölkənin şimal-qərb bölgəsində olublar.

BakuPost xəbər verir ki, Azərbaycan-İtaliya parlamentlərarası İşçi qrupunun rəhbəri Azər Kərimlinin və Azərbaycanın İtaliyada səfiri Məmməd Əhməzadənin müşayiəti ilə Qəbələ, Şəki və Qax rayonlarında səfərdə olan senatorlar hər üç rayonu tamamilə gəziblər.

Bütün şəhərlə tanış olan qonaqlar Qəbələdə şərabçılıq müəssisəsində, turizm infrastruktur obyektlərində olaraq heyrətlərini gizlətməyiblər. İtalıya rəsmiləri eyni zamanda Şəkidə Xan sarayında, qədim Karvansarayda, o cümlədən Şəki İpək ASC-də olublar. Yerli turizm potensialı ilə tanış olublar.



Qaxda isə rayon icra başçısı Musa Şəkiliyevin müşayiəti ilə italiyalı senatorlar bölgəni hərtərəfli müşayiət ediblər. Belə ki, onlar Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Qaxın Qum kəndində V əsrə aid Alban məbədi, məsciddə, eyni zamanda gürcü kilsəsində də olublar. “İçəri bazar” adlı tarixi məkanla tanış olan senatorlar rayondakı yeni salınmış infrastrukturlarla, parklarla tanış olublar.

Senatorlar Azərbaycanın multukulturalizm məkanı kimi yüksək dəyərləndiriblər. Onlar Qax rayonunu bu mənada nümunə göstəriblər. M. Şəkiliyev Qaxda müxtəlif millətlərin birgə yaşayışı ilə qonaqları tanış edib. Komitə sədri V. Petroçelli İlisunu gəzərkən özünü Alp dağlarında zənn etdiyini bildirib. O ümumiyyətlə Qaxı Alp dağlarının ətəklərində yerləşən şəhərlərlə tamamilə oxşarlığını bildirib. Senatorlar bildiriblər ki, yol boyu gördükləri yeniliklər, infrastrukturun inkişafı onlarda sözün əsl mənasında ciddi və maraqlı təəssürat yaradıb.

Qeyd edək ki, italiyalı qonaqlar Azərbaycana səfəri zamanı parlament, Xarici İşlər Nazirliyi və digər qurumların rəhbərliyi ilə görüşləri olub.

İtaliyalı senatorlar Azərbaycanın şimalında – Onları nə təəccübləndirdi?  - FOTO
İtaliyalı senatorlar Azərbaycanın şimalında – Onları nə təəccübləndirdi?  - FOTO
İtaliyalı senatorlar Azərbaycanın şimalında – Onları nə təəccübləndirdi?  - FOTO
İtaliyalı senatorlar Azərbaycanın şimalında – Onları nə təəccübləndirdi?  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər