Ru
10:54 / 20 Fevral 2020

İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü - FOTO

1643
Azərbaycan Ordusunun itkin düşən hərbçisi Akif Elşən oğlu Abbasovun meyiti neytral ərazidən götürülüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, A.Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər