İtkin düşən qadının Türkiyədə olduğu məlum oldu - RƏSMİ

Xırdalan şəhərində itkin düşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızının Türkiyədə olduğu məlum olub.

Bu barədə "BakuPost"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırma nəticəsində C.Əliyevanın 1 aprel tarixində Türkiyəyə getdiyi dəqiqləşdirilib.