Ru
23:16 / 04 Fevral 2025

İtlərə işgəncə verdiyinə görə 500 ilə yaxın həbs cəzası aldı

İtlərə işgəncə verdiyinə görə 500 ilə yaxın həbs cəzası aldı
Eye

ABŞ-ın Corciya ştatının 57 yaşlı sakini Vinsent Lemark Burrell it döyüşlərinin təşkili və heyvanlara qarşı amansızlığa görə 475 il həbs cəzası alıb.

Bakupost.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Vincent Lemark Burrellə bağlı təhqiqat 2022-ci ilin noyabrında bir kuryer şirkəti sürücüsünün Paulding County-də bir evin həyətində gördüyü heyvanlarla bağlı narahatlıqlar barədə hüquq-mühafizə orqanlarına məlumat verməsindən sonra başladıldı.

Yoxlama zamanı polis Burrellin mülkünün həyətində 107 it tapıb. Onların əksəriyyəti ağır zəncirlərlə bağlanıb. Heyvanların suya və yeməyə ehtiyacı olduğu, onların çoxunun çəkisinin az olduğu açıq-aydın görünürdü.

İtləri müayinə edən baytar həkim onların bədəninzə işgəncə izlərinin olduğunu təsdiqləyib. Bəzi ev heyvanlarının isə dişləri çıxarılıb.

Zorakılığa məruz qalan itlər xilas edilərək sığınacağa yerləşdirilib, onların çoxunun yeni sahibləri ortaya çıxıb.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar