Ru
10:32 / 22 Noyabr 2019

İTLƏRİN KÜTLƏVİ QIRĞINI, YAXUD İMPERİALİST EŞŞƏK

2723

Xanəmir Telmanoğlu

Ey dili qafil fil faili məchul fani f...


DERLƏR,

2011-ci ildə Misir səhralarında aşkarlanan məzarın altındakı gizli keçid labrintlərini araşdıran mütəxəsislər orada milyonlarla itin mumiyalanmış qalıqlarını tapmışlar. Yeraltı məzarlarda səkkiz milyon itin qalıqlarını tapan tədqiqadçılar burada basdırılan heyvanların çoxunun doğulandan bir neçə saat sonra öldürüldüyünü açıqlayıb.

İtlərə çaqqal başlı tanrı Anubisin yer üzündəki təmsilçiləri kimi baxıldığı, həmçinin onların yaxınlıqdakı məbəddə yaşayıb, öləndən sonra mumiyalanıb məzarlara qoyulduğu ehtimal edilir.
Bu xəbərlə tanış olanda daxilimdə mənə tanış olan bir istilik duyMUŞdum. Bu istilik günümüzün hər saatından, hər tinindən üzümə doğru şığıyırdı. Bu xəbərdə ən maraqlı olan nəydi. O itlərin məhz Misirdə olması, öldürülməsi deyil. Saylarının heç səkkiz milyon olması da ilgimi çəkməzdi. O itlərin doğulan kimi öldürülməsi məni, bəlkə də, maraqlandırmazdı. Itlərə çaqqal başlı Anubisin yer üzündəki təmsilçisi kimi baxılması diqqətimi çəkdi. Əslində burda da o qədər adamı heyrətə qərq edəcək bir nüans yoxdur. Əgər bu günə kimi inəyə, ilana, keçiyə, öküzə inanan, onlara qutsal heyvan olaraq baxıb yer üzündə Tanrını təmsil elədiklərinə sivil toplumlar tərəfindən bağır basılırsa, burda adamın hərarətini qaldıran elə ciddi, ilginc bir nüans görmürəm. Hadisəyə ümumi yanaşanda isə, xeyli düşündürücü məqamlar ortalıqda zühur edir, at oynadır.

DERLƏR,

Günümüzdə bu qədim inanac sistemləri ilkin təfərrüatına qədər hələ də yaşanılır, qəbul edilir. ABŞ - ın keçmiş prezidenti Barak Obamanın partiyasının bayrağında eşşək şəkli mövcuddur. Deyəlim eşşək olmazdı da, it olurdu. O zaman Misirdə baş vermiş o qədim it qırğınının ardınca Barak Obamanın partiyasının ideoloji söykənəcəyini düşünərək bu günümüzdən neçə min il əvvəldə baş vermiş olay arasındakı bağları yeniləyərək düşüncəmizi yoğunlaşdırıb qalınlaşdıra bilmərikmi? Dünyanının ən yeni çağlarındakı düşüncə sistemlərini arxetiplər idarə edir. Dünənə qədər Barak Obamanın ABŞ-ı və dünyanı idarə edən bir partiyanın ideoloji əsasında, simvol olaraq eşşək durursa (təmsil edirsə), mütləqa bu eşşək yeni bir eşşək deyildir. Nə vaxtsa, eyni mədəniyyətin zehniyyət qatlarında o simvol neçə min il əvvəldə başqa bir heyvan olmasa da, elə eşşəyin başqa rəngiylə var olmuşdur. Bu, əsla tarixi sürəc içərisində təkrarçılıq deyil. Bu, mədəniyyətdə nəqarət notları, təkrir effekti, poetikası da sayılmalı. Çünki dünyanın ən inkişaf eləmiş mədəniyyətlərini çözələdiyiniz zaman simvollara necə də dört əllə dayalı olduğuna şahidlik edə bilərsiniz. Simvol gizli güc, realitə içərisində metafizik qüvvə deməkdir.Yalnız rəmzi anlamda deyil, birbaşa anlayan kişilər üçün simvolun necə də bəzən “güc mənbəyi”, bəzən də “birbaşa necə güc olduğu” gün işığı kimi bilinəndir. Bir hadisənin neçə min il sonra təkrar olması, bu simvol epoxasında, simvol mədəniyyəti daxilində itlərin məhşərinin yaxınlaşmasından, onların gizli şəkildə dirilməsindən, aşkar şəkildə yenə də qırğına verilməsindən söhbət gedə bilər. Simvol mədəniyyətində inandığınız güclərin, etiqad bəslədiyiniz mənbələrin zaman - zaman qırılıb yenidən məhşər dönəmini yaşaması qaçınılmazdır. Bu formul bütün anlayışımızın içərisində tətbiq edilsə, görəsən eyni sonucları verə bilərmi? Bu barədə gələcək yazılarda danışmaq olar.

DERLƏR,

Bu günkü mədəniyyətlər simvol təməlləri üzərində pərvəriş tapıb.
Misirdəki o itlərin qırğını yenidən 21- ci əsrdə Qafqasiyada başqa bir şəkildə zühur eləyir. Bu zaman itlər toplu şəkildə deyil, beş-beş, on - on güllələlənib basdırılır. O zamanlar insanların inancı, itlərə qarşı müqəddəs inanclarının artıqlığı, çoxluğu, bir gün itləri şımartmış, qudurtmuş ola bilərdi. Demişlər ya, itlə dostluq elə, çomağını yerə qoyma. Baxıblar ki, Tanrı təmsilçisi kimi sevgi bəslədikləri, gecə-gündüz qulluqlarında durduqları, sığalını əskik eləmədikləri itləri, qəfildən uşaqları yerə yıxıb parçalayır. Dinmirlər. Allah belə buyura bilər. Axı it Tanrının təmsilçisidir. Bir gün qocaları parçalayar, bu da ola bilər. Axı it Tanrı təmsilçisidir. Bir gün qadınları parçalayır.Bu da eyni qayda ilə üzərindən keçilir. Kişiləri parçalayır. Bu da elə. Baxdılar ki, bu itlər kahinləri parçalayır, quduzlaşıblar, kahinlər belə bir fətva verirlər ki, bəs “Tanrı artıq yeni bir dönəmə girib. İtlər artıq müqəddəs deyil. Kim itini öldürməsə, onu itinin yerinə öldürəcəklər”. Yəni müasir dillə desək, Tanrı Öldü. Bir sözlə, itlər elçilikdən, vasitəçilikdən çıxarılmış. Bu da nəticəsi, itlərin tarixə məlum olan ən dəhşətli qırğını.

Məncə, o itlərin quduzlaşmaları, öz başlarına bəla açmalı olmuşdur. Mən illərdir Sabunçuda, neft buruqları arasında sərgərdan gəzib dolaşan itlərin necə də qırıldığının, güllələndiyinin şahidi olmuşam. Bu quduz itlər bir zamanlar əcdadlarının Misirdə kütləvi qırğına, soyqırıma uğradığınının, məruz qaldıqlarının, bəlkə də, heç fərqində deyillər. Maraqlı olan odur ki, o zamanlar itlərə olan inam, sevgi, sədaqət, bu gün davam eləsə də, onlara qarşı bu sevgi qadınlarda daha çox təzahürata yol açsa da, hər iki zamanda itlərin qırılma səbəbi onların quduzlaşmasıdır. Yəni öz sahibinə qarşı təhlükə mənbəyinə çevrilməsidir.Mənim ölümüm, rəzilliyim məni qoruduğuna inandığım səmtdən gəlirsə, ilkin olaraq mənim inancım dəyişir. Mənim Tanrım dəyişir. Demək bununla Tanrının yeni bir dönəmdə yaranış, yaradılış, varlıq, yoxluq missiyasında tələblər, tələbatlar, görəvlər dəyişir. (Mövcut sistemə, içində bulunduğun ortama qarşı münasibətin dəyişir.) Indiyə kimi itlə müdaxiləsində tozanaq qoparan Tanrı, indi bu mərhələnin bitib, yeni bir etabın başlanğıcından xəbər verir.

DERLƏR,

İkinci mesaj, itlərlə işini bitirən, itdən az xeyir görən Tanrılar, indi başqa dilsiz-ağızsızı güdaza vermək üçün sevgi, sədaqət, sadiqlik duyğularını havanın, suyun içində qəlblərin mərhəmət, inam guşəsinə yerləşdirir. Bu səhnədə olsun ki, heyvanlar dəyişir, amma sədaqət, sevgi, sadiqlik adlı o misilsiz məlhəm (bəzən yaraya dönüşən bu eşqanə həşəmət) eyni tutumunu, hüceyrələrini qoruyub davam elətdirir.

Məncə, biz də dünyanın hakim partiyasının bayrağı üzərindəki eşşəyi dəyişməli, yox eləməliyik. Çünki dünyanı arxetiplər, simvollar, onların ardındakı həqiqətlər idarə edir. Həm də, o eşşəklərin qudurması, qızıxması, itlərin quduzlaşmasından betər olur. İmperializm quduranda, qızıxanda, tapdayıb keçir... müasir dillə desək, Yaxın Şərqi qan gölünə çevirir.

BİR DƏ DERLƏR,

Təkrar edirəm, keçmiş ABŞ prezidenti Obamanın partiyasının bayrağı eşşək rəsmiylə bəzədilib.
Həzrəti İsa da “İncil”ə eşşəklə daxil olur. O eşşəyin üzərində kilsəyə daxil olur, insanların ürəyinə girir, inancına soxulur. (Ax, Yerusəlim) Onun mindiyi eşşək fağırdır. Eşşəklərin hər zaman bir fağır, mağmın görkəmi vardır. Ancaq eşşəyin arpası artıq olduqdan sonra, onun qabağında bir mənəm - mənəm deyən dura bilməz.

Obamanın eşşəyinin nə qədər miskin görkəmi adamın yazıqlıq duyğularını qabardırsa, bir o qədər də, arxa ayaqları, şəklənmiş qulaqları az şey demir, - “səni təpikləyərəm, üzərindən keçərəm, soncuq ataram “ - deyir. Bu artıq bayaqkı İsanın mindiyi, “İncil”də ağır- ağır, fağır-fağır gedən eşşək deyil, bu eşşək raket sürətiylə getməyi bacaran, əsəbi, gərgin, həm də İmperialis eşşəkdir.

Demək, xristian eşşək imperialist eşşəyə öz genetik və əxlaq qalibiyyətli töhfəsini ötürdü, təhvil verdi. Bəs itlər? İtlər də bu görünən axar-baxarda öz üzərlərindəki tarixi, ideologji, siyasi missiyalarını sədaqətlə yerinə yetirməkdədirlər....


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər