Çiynədiyi saqqız bir milyon manata satıldı - FOTO

508

 

İngiltərənin "Mançester Yunayted” klubunun əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusonun 2013-cü ildə "qırmızı şeytanlar”la vida oyununda çeynədiyi saqqız hərraca çıxarılaraq satılıb.

Saqqız "Ebay”da 390 min funt-sterlinqə (455 min avro) alınıb.

Satışdan əldə olunan gəlirin MY-nin xeyriyyə fonduna bağışlanacağı bildirilir.



Qeyd edək ki, şotlandiyalı mütəxəssis 27 il – 1996-2013-cü illərdə "Mançester Yunayted”i çalışdırıb. Onun bu müddət ərzində təxminən 3 min ədəd saqqız çeynədiyi ehtimal olunur. 2013-cü ildə sonuncu dəfə bu komandanı "Vest Hem”lə oyuna çıxaran Ferqyuson 5:5 hesabıyla bitən görüşdən sonra çeynədiyi saqqızı rəqib komandanın maskotuna hədiyyə etmişdi. (unikal.org)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər