Ru
19:06 / 26 Noyabr 2020

“Johnson & Johnson” Qarabağla bağlı səhvini etiraf etdi

1294
ABŞ-ın “Johnson&Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.

"BakuPost" Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib:

“Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson&Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik”.

Qeyd edək ki, bir müddət əvvəl “Johnson&Johnson” “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu “Artsax” adlandırmışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər