Ru
18:45 / 24 İyul 2021

Jurnalistlərin qapısına vurulan 10 qol

4051

Məlum olduğu kimi, bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. 


Müraciətdə deyilir: “Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun”.

Maraqlıdər ki, müraciəti imzalayan 38 nəfərdən 10-u jurnalistlər üçün tikilmiş birinci və ikinci binadan mənzil almış şəxslərdir.

Özləri mənzil almış jurnalistlərin bu müraciəti imzalaması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. 
Həmin şəxslərin də mənzillərini şəhid ailələrinə verilməsi tələb olunur. 

Bakupost.az əvvəlki binalardan mənzil almış həmin şəxslərin siyahısını təqdim edir:

1. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru

2. Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru

3. Azər Xəlilov – ATV-nin rəhbəri

4. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru

5. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru

6. Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri

7. Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri

8. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

9. Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru

10. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər