Ru
22:22 / 18 Fevral 2020

Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı

1481
Türkiyənin İdlibdəki səylərinin əsas məqsədi Soçi Memorandumunun şərtlərinin yerinə yetirilməsinə qayıtmaqdır.


BakuPost-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.


İ.Kalın qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki müşahidə postları köçürülməyəcək. Onun sözlərinə görə, bölgənin mülki əhalisini qorumaq üçün Ankara İdlibə hərbçilər və texnika göndərməyə davam edəcək.


Mətbuat katibi vurğulayıb ki, İdlib deeskalasiya zonasında xidmət edən Türkiyə hərbçilərinə qarşı hər hansı bir təxribatın qarşısı ən qətiyyətli şəkildə alınacaq.


İdlibdə vəziyyətin nizamlanması üzrə Türkiyə-Rusiya danışıqlarını şərh edən İ.Kalın bildirib: "Danışıqlar hələki bizi qane edə biləcək heç bir nəticə verməyib. Biz təklif olunan sənədləri və xəritələri rədd etdik".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər