Ru
14:01 / 13 Dekabr 2019

“KamAZ”ın kabinəsindən heroin tapıldı

1211
Naxçıvan sakininin avtomobilindən təqribən 1,7 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə BakuPost-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əldə edilən məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər