20:46 / 11 Sentyabr 2021

Kanadada qasırğa: 60 min insan elektriksiz qaldı

1763
Kanadanın Nyufaundlend adasının şərq sahillərində "Larry" qasırğası səbəbindən təxminən 60 min insan elektriksiz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Kanada Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti 50,5 m/s-ə çatır.

Külək yüzlərlə ağac, yol nişanı və reklam lövhələrini uçurub. Hazırda yolların bir hissəsi daşqın səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb.

İnsan tələfatı barədə məlumat verilmir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər