20:29 / 05 Oktyabr 2021

Kanadada helikopter okeana düşdü

615
Britaniya Kolumbiyasının qərb sahillərində yüklərin daşınması üçün nəzərdə tutulan “Kaman K-MAX” markalı helikopter qəzaya uğrayaraq Sakit Okeana düşüb.

Bakupost.az xarici mediaya  istinadən xəbər verir ki, bu barədə Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası məlumat yayıb.

Hadisə Corciya boğazında Seşelt qəsəbəsindən 40 kilometr şimalda baş verib. Helikopterdə yalnız pilot olub. Onun axtarışları davam edir.

Qəzanın başvermə səbəbləri barədə hələlik məlumat verilməyib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər