19:17 / 15 Sentyabr 2021

Karantin rejimini pozan kafe aşkarlandı

353
Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayonun Slavyanka kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.


Bildirilib ki, obyekt sahibi Elşən Əliyev və müştərilər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər