Ru
15:48 / 17 Fevral 2020

Karantinə götürülən gəmidə ilk dəfə rus turist ölümcül virusa yoluxub

1065

Yaponiyada “Diamond Princess” kruiz gəmisində ilk dəfə rus turist ölümcül koronavirusa yoluxub.

BakuPost
“Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Yaponiyadakı səfirliyinin tvitter mikrobloqunda məlumat verilib.

Yaxın zamanda rus qadının xəstəxanaya yerləşdiriləcəyi, orada müalicə kursu keçəcəyi bildirilir.

Xatırladaq ki, “Diamond Princess” kruiz gəmisi fevralın 5-də Yaponiya sahillərində lövbər salıb. Bu, təyyarədə koronavirus simptomları olan insanlar aşkar edildikdən sonra baş verib. Virusa ilk yoluxan insan Honqkokdan olan 80 yaşlı sakin olub.
Hazırda gəmidə 50-dən çox ölkədən təxminən 3,7 min sərnişin var.

Fevralın 16-da laynerdə koronavirusa yoluxanların ümumi sayının 355-ə çatdığı bildirilib. Hökumət köhnə sərnişinləri gəmidən çıxarmaq qərarına gəlib, qalanları isə 14 günlük karantin müddəti bitənə qədər gəmidə saxlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər