Ru
23:26 / 12 Noyabr 2025

Karateçimiz İslamiadanın qalibi oldu

Karateçimiz İslamiadanın qalibi oldu
Eye

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Bakupost.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib. Rəqibini 5-3 hesabı ilə məğlub edən İ. Zaretska İslamiadanın üçqat qalibi olub.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman Heydərov (kata) VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar