Ru
11:37 / 02 May 2021

Karateçimiz qızıl uğrunda döyüşəcək

1226
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirində karateçimiz finalda mübarizə aparacaq.

Bakupost.az xəbər verir ki, təmsilçimiz Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) qızıl medal uğrunda Gürcüstan idmançısı Qoqita Arkania ilə qarşılaşacaq.

Heyətində Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyevin yer aldığı kata komandamız isə bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.

Qeyd edək ki, yarışda Azərbaycanı 15 idmançıdan ibarət heyət təmsil edir.

Turnirə bu gün yekun vurulacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər