“Karqo Şamil” jurnalisti HƏDƏLƏDİ

782
 
Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, "Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərov ona məxsus olduğu deyilən Bakının Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən "İdeal" MTK-ya məxsus binanın sakinlərinin şikayətləri ilə bağlı məsələyə münasibət bildirib. 

Əvvəlcə Şamil Heydərov sakinlərin şikayətini işıqlandırdığı üçün demokrat.az saytının baş redaktoru Vasif Həsənlini hədələyib. Baş redaktorun sözlərinə görə hədələnməsi ilə bağlı əlində səs yazısı var: "Dedi ki, əminsiniz, o bina mənə məxsusdur? Niyə mənim adıma yazmsınız? Mənim o bina ilə heç bir əlaqəm yoxdur. O şirkətin sənədlərində nə adım, nə də soyadım keçmir. Mən buna görə sizi polisə verəcəm".

Xatırladaq ki, Bakının Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən "İdeal" MTK-ya məxsus binanın sakinləri onlardan dövlət qurumlarının adı ilə əlavə vəsaitlər toplanıldığını iddia edirlər. 

Sakinlərdən Demokrat.az-a daxil olan şikayətdə qeyd olunur ki, sözügedən binada 500-dən çox mənzil yerləşir.

Onların sözlərinə görə, binanın komendantı 2012-ci ildə təbii qazın çəkilməsi üçün guya "Azəriqaz" İstehsalat Birliyinə külli miqdarda rüşvət vəsaiti verildiyini əsas gətirərək, bina sakinlərinə hər mənzilə görə 1000 manatdan pul alınaraq "smartkart" tipli sayğaclar satılıb.

Sakinlər qeyd edir ki, həmin vaxtı sayğac üçün pul verməyən sakinlərin mənzillərinə təbii qaz verilməyib.

Sakinlər deyir ki, sonradan mavi qazla bağlı problem aradan qaldırılsa da, ancaq indi də binanın komendantı su və elektrik sayğacları qoyulması üçün yenidən pul toplayır.

"İndi də binanın komendantı bizə deyir ki, mənzilbaşı "Azərsu" sayğacı üçün 150, "Azərişıq" sayğacı üçün isə 400 manat pul gətirin. Pul verməsək, elektriksiz və susuz qalacağımızla hədələnirik". 

Qeyd edək ki, yazı dərc edilməmişdən əvvəl "KİV haqqında" qanunun tələblərinə uyğun olaraq məsələni araşdırmaq üçün sözügedən binanın komendantı Sahib adlı şəxslə əlaqə saxladıq. 

O, açıqlamasında sakinlərin iddialarını əsassız hesab edib:

"Qaz sayğaclarının alınmasına görə 1000 manat pul almaq söhbəti iftiradır, yalandır. Çox adam söz deyə bilər. Buna inanmayın".

Ancaq komendant bina sakinlərindən su və elektrik sayğaclarına görə pul alınmasını etiraf edib:

"Ancaq 260 manat su sayğacının, 150 manat isə işıq sayğacının qiymətidir. Sakinlərdən ancaq buna görə pul istənilib. Bunu da biz MTK vasitəsilə pulları ödəyib həmin sayğacları quraşdırmışıq. Hesab edirəm ki, burada qeyri-qanuni heçnə yoxdur".

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə açıqlamasında deyib ki, binalara elektrik sayğaclarının qoyulmasına görə vəsait "Azərişıq"-a deyil, "ASAN Xidmət" mərkəzlərinə ödənilir:  "Yalnız "Azərişıq" "ASAN Xidmət" mərkəzlərinə müraciət ediləndən sonra sayğacı quraşdıra bilər. Bir daha qeyd edirəm ki, ödəniş "Azərişıq" ASC-yə deyil, "ASAN Xidmət"-ə olunur".


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər