Ru
22:26 / 25 Aprel 2019

Kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq

2476
Azərbaycanda kartof və soğanın qiyməti
mayın sonu ucuzlaşacaq.

 

BakuPost.az xəbər verir ki, bunu Trend-ə ekspert Vüqar Bayramlı deyib.


 

V.Bayramlı
qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi
üstələməsini göstərib: "İranda kartofun ixracına qoyulan qadağa da
Azərbaycanda qiymətin artmasına səbəb olub".
  Ekspert deyib
ki, qiymət artımı müvəqqətidir, çünki mayın sonunda yeni kartof bazara çıxacaq.   Qeyd edək ki,
hazırda bazarlarda soğanın bir kiloqramının qiyməti 0.70-1.30 AZN, kartofun
qiyməti isə 1-1.30 arasında dəyişir.   Xatırladaq ki,
aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan
soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə
soğan və kələmin ixracına 31 may tarixinədək 1 kiloqram üçün 2 dollar, kartofda
isə bu ilin 30 aprelinədək 1 dollar rüsum müəyyənləşdirilib. Burda məqsəd
ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehlak edilməsidir.    
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər