Ru
20:56 / 27 Yanvar 2021

Keçmiş hakimlər vəkil kimi fəaliyyətə başladı - SİYAHI

2497

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti barədə məlumat verib.


O bildirib ki, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanının yazılı test mərhələsində 250-dən, şihafi müsahibə mərhələsində iştirak üçün 200-dən çox namizəd gözləyir.


Rəyasət Heyətinin iclasında keçmiş hakim və vəkillərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib. Həmin şəxslər iclasda vəkil andı içiblər.


O cümlədən vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə, fəaliyyətlərində fərqlənmiş bir sıra vəkillərin və Rəyasət Heyəti Aparatının əməkdaşlarının mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.


Eyni zamanda iclasda “Qanunun Aliliyi” və Qusar rayon Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.


"BakuPost" report-a istinadən siyahını təqdim edir:



Allahverdiyev Qəhrəman Əli oğlu (Ali Məhkəməni hakimi olub)

Nəbiyev Ehtibar Qəzənfər oğlu (Bakı Apellyasiya Məhkəməsinin hakimi olub)


Bayramov Mayıl Abbas oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub)


Həsənov Ramil Yaqub oğlu (Suraxanı Rayon Məhkəməsinin hakimi olub)


Bağırov Rafiq Sultan oğlu (Kürdəmir rayon Məhkəməsinin hakimi olub)


Ələsgərov Şakir Çərkəz oğlu (Xocavənd Rayon Məhkəməsinin hakimi olub)


Aslanov Emin Dilavər oğlu (Şərur Rayon Məhkəməsinin hakimi olub)


Eyni zamanda könüllü olaraq vəkillik fəaliyyətini dayandırmış üç keçmiş vəkil də yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib:


Həsənov Nizami Qəməd oğlu


Bədəlov Ərziman Şakir oğlu


Məcidov Eldar Oqtay oğlu

Şərhlər
  • Nadir

    Hərbi pensiya

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər