Ru
17:45 / 21 İyun 2019

Məşhur MTN-çi Əli Nağıyevin DTX-ya rəis gətirilməsinin səbəblərini açıqladı: “Vəziyyət mürəkkəbləşir”

17812


"Əli Nağıyev əks-kəşfiyyatçıdır. Kifayət qədər təcrübəsi var. Təhlükəsizlik xidmətində müxtəlif vəzifələrdə, hətta nazir müavini postunda olub. Hakimiyyətin ona olan etimadını da nəzərə alsaq, Əli Nağıyev təcrübə və peşəkarlıq baxımından qarşısına qoyulan işləri həll eləmək potensialına sahibdir”.

 

Bunu BakuPost.az-a açıqlamasında Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, ictima-siyasi xadim Sülhəddin Əkbər bildirib. O, Əli Nağıyevin DTX rəisi təyin edilməsini şərh edərkən belə deyib. 

 

 


S.Əkbərin sözlərinə görə, Ə.Nağıyevin indiki mürəkkəb beynəlxalq və lokal şəraitdə bu vəzifənin öhdəsindən nə qədər uğurla gələcəyini zaman göstərəcək: "Həm ölkədə, həm də ölkə ətrafında vəziyyət getdikcə mürəkkəbləşir. Söhbət həm geopolitik, həm hərbi-siyasi, həm də əməliyyat şəraitinin çətinləşməsindən gedir. Əli Nağıyevin bu vəzifəyə gətirilməsi də məhz bu mürəkkəb situasiyalarla bağlıdır”.

 

Keçmiş nazir müavini hesab edir ki, təhlükəsizlik xidmətinin rəhbərini bu sistemin kənarından seçmək doğru deyil: "Mən həmişə hesab eləmişəm ki, təhlükəsizlik xidmətinin rəhbəri bu sistemin içindən seçilməlidir. Çünki bu, xüsusi intelekt, ruhi və zehni müvazinət tələb edən peşədir. Başqa bir sistemdən xüsusi xidmət orqanlarına kadr təyinatlarının hər zaman əleyhinə olmuşam”.

 

S.Əkbərin fikrincə, Ə.Nağıyevin qarşısındakı ilk işi DTX-da özünün komandasını formalaşdırmaq olacaq: "Təbii ki, bütün nazirlər və rəhbər şəxslər öz komandaları ilə işləmək istəyir. Əli Nağıyev də özünün komandasını formalaşdırmağa və inandığı, güvəndiyi adamlarla işləməyə çalışacaq. Buna kənardan nə qədər müdaxilə olub-olmayacağını indidən söyləmək olmaz”.

 

E.Mirzəyev

Baku Post

Məşhur MTN-çi Əli Nağıyevin DTX-ya rəis gətirilməsinin səbəblərini açıqladı:  “Vəziyyət mürəkkəbləşir”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər