Ru
19:50 / 09 Dekabr 2025

Keçmişi arzulayanların nəzərinə: Məşhur sovet brendi yenidən istehsala başladı

Keçmişi arzulayanların nəzərinə: Məşhur sovet brendi yenidən istehsala başladı
Eye

Məşhur sovet brendi “Melodiya” yenidən vinil vallarn istehsalına başlayıb.


Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Melodiya” firmasının mətbuat xidməti məlumat yayıb.


Vinil valların istehsalına yenidən başlamaq qərarı yüksək tələbat fonunda qəbul edilib.

Firmanın vallarını Rusiyanın Novosibirsk şəhərindəki zavodunda istehsal etməsi nəzərdə tutulub.

Mətbuat xidmətinin məlumatına görə, ilk vallar artıq satışa çıxarılıb.

Firma üçün avadanlıqları təchiz edən əsas ölkələr İsveç, İsveçrə, İtaliya və Çindir. Firma öz kataloqundan və xüsusi sifarişlərdən vallar buraxmağı planlaşdırır. Bu da istənilən müştəri - müğənni, bəstəkar, musiqi şirkəti və s. üçün albomlarını buraxmağa imkan verir.

İstehsal həcminin ildə təxminən 100 min val təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, “Melodiya” sovet dövrünün ən qədim səsyazma şirkətidir. Şirkətin əsası ümumittifaq səsyazma şirkəti kimi 1964-cü ildə qoyulub. O dövrdə SSRİ-də mövcud olan əsas səsyazma zavodlarını və səsyazma studiyalarını birləşdirərək, səs yazılarının istehsalı, saxlanılması və yayılması üzrə ixitsaslaşıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar