Ru
17:24 / 18 Noyabr 2021

“Kirayə qalmağa məcburam” - Deputat Müşfiq Cəfərov

16394
Xəbər verdiyimiz kimi, Milli Məclisin kirayədə yaşayan deputatlarının adları məlum olub.


Bakupost.az həmin deputatların bəziləri ilə əlaqə saxlayıb.



Millət vəkili Müşfiq Cəfərov Bakupost.az -a kirayə qalmasının səbəbini belə açıqlayıb:


“Hazırda ailəmlə Gəncədə yaşayıram. Təbii ki, işlə əlaqədar tez-tez Bakıya səfər edirəm. Bakıda da evim olmadığı üçün Milli Məclisə kirayə pulu üçün müraciət etmişəm. Seçildiyim gündən aidiyyəti qurumlar tərəfindən evimizin olmadığını təsdiq edən arayış əsasında kirayə haqqı ödənilir”.

M. Cəfərov deyib ki, mənzillərin qiymətləri baha olduğundan kirayədə qalmağa məcbur olub:

“Bizim o əməkhaqqı ilə ev almağımız reallığı əks etdirmir. Buna görə də o barədə heç düşünmürəm. Sosial şəbəkələrdə yayılır ki, guya, deputatlar 5000-7000 maaş alır. Bu yalandır. Millət vəkilləri 1500-1700 manat maaş alırlar.
Əlbəttə, müharibədən çıxmış ölkəyik. Bu gün işğaldan azad edilmiş torpaqların yenidənqurma və bərpası haqqında əməli işlər görülür. Tezliklə həmin ərazilərin bərpasını və keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmalarını arzulayırıq. Bu məsələlər öz yoluna düşəndən sonra ev məsələmiz də həll olunar”.

Siyahıda olan digər millət vəkili Naqif Həmzəyev isə bu məsələylə bağlı danışmaq istəmədiyini bildirib.

Baku Post





Şərhlər
  • Qasımova Aygün Alim

    Niyə bu qədər mənfi rəy yazırsız anlamıram Mən öz adıma deyə bilərəm ki, bu ailənin ölkəmiz üçün və ailəmiz üçün böyük üstünlükləri var və onların sadə savadlı gəncləri dəyərləndirdiklərinin şahidi oluram Məni şəxsən test imtahanından keçməklə müsahibə mərhələsindən uğur qaandığım üçün direktor müavini təyin edildim Müşviq müəllimin xanımı da həmçinin sadə və savadlı insandır və hər kəs onu ədalətli insan kimi tanıyır ????

  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Müəllim Müşfiq heç kirayə qalana oxşamırsan Öz aramızdır bu qədər yox də Yaxşı fikirləş Camaat Siz fikirləşdiyiniz qədər lox deyil

  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Milli Məclis heç bir məsələdə prinsipiallıq göstərməyib Heç kimə lazım olmayan qurum Güya hakimiyyətin bir qoludur MM ə çəkilən xərclər digər sahələrə çəkilsə daha yaxşı olar Razi tahir Qüdrət fazil güya müxalif qüvvədir Ürək bulandırırlar AŞPA ya digər Avropa qurumlarına göstərirlər ki guya bizdə müxalifət var Sizi kimi müxalifətdənsə bir vedrə yerpənək tumu yaxşıdır Senzura toxunmayın

  • Azər

    Gəlir vergisi 14faiz çox dur 12 faizə endirmək lazlmdir

  • Hərbi pensiyaçı

    Hörmətli Müşfiq müəllim. Birinci növbədə on illərlə kirayədə qalan hərbi qulluqçuların mənzil məsələsini həll edin. Bakıda işləməyə gedən vətəndaşlatın əksəriyyəti kirayədə qalır və kirayə haqqını öz qazancından ödəyir. 4000 manat civarınfa məvacib alırsınız, ehtimal ki biznesinizdə var amma dövlətin kirayə puluna göz dikmisiniz. Onsuzda kirayəpulu kirayəni tam ödəmir. Bəs Sizfən dəfələrlə az maaş alan hərbiçilər kirayəni necə ödəyirlər, heç onunla maraqlanmısız?Yəqin ki yox. Deputat kreslosu şəxsi məsələlərin həlli üçün deyil. Hərbiçilərin mənzil məsələlərinin tam həll olunmaması ucbatından onların çoxlarının ailələri dağılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər