Ru
16:28 / 13 Dekabr 2019

Kişi yeznəsini bıçaqlayıb qaçdı - Bakıda qanlı OLAY

1307
Bakıda bıçaqlanma hadisəsi baş verib.

BakuPost-un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.


Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Zaur Ağazər oğlu Zabrat qəsəbəsi, Oktyabr küçəsi 65 saylı evdə yaşayan yeznəsi, 1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlunun yaşadığı evə qonaq gedib.

Evdə yaranmış münaqişə nəticəsində Z.Əliyev E.Cəfərovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda Z. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər