Ru
12:04 / 12 Oktyabr 2021

Deputat kitab sərgilərindən danışdı: Nəşriyyatlar yerlə təmin edilməlidir - VİDEO

4483

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin plenar iclasında ölkədə keçirilən kitab sərgilərindən danışıb.


Bakupost.az xəbər verir ki, deputat bu addımı yüksək qiymətləndirib:

“Hər iki sərginin keçirilməsi təqdirəlayiq bir hərəkətdir. Lakin bu cür tədbirlərə dövlətin böyük vəsait ayırmasına ehtiyac yoxdur. Sadəcə olaraq kitab nəşriyyatlarını yerlə təmin etməlidir ki, gəlin, ayda 1 dəfə kitab sərgisi keçirin. Təklif edirəm ki, ayda 5 gün belə olsa, kitab sərgisi keçirilsin. Çünki ölkədə kitaba maraq oyatmaq vacibdir. İnsanlarda oxumağa maraq hissi ölməyib. Çayxanalarda adamlar olduğu halda, kitab ardınca sərgilərə gələnlər də var”.


Fazil Mustafa bildirib ki, kitabların qiymətlərinin baha olmasının səbəbini gömrük rüsumlarına görədir:

“Təcili surətdə ƏDV götürülsün. Ümumiyyətlə, bizdə bəzi kitabların qadağası mövcuddur, bu qadağa da götürülməlidir. Onsuz da bir çox kitabın elektron versiyası var”.


Daha ətraflı videomaterialda:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər