Ru
12:02 / 25 İyul 2020

Kiyevdə ermənilər azərbaycanlı tələbələrə silahla hücum etdilər - Yaralılar var - VİDEO

4646
Dünyanın müxtəlik ölkələrində ermənilərin azərbaycanlılara hücumları davam edir.

"BakuPost"un məlumatına görə, ötən gecə Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı tələbələr hücuma məruz qalıblar. Saat 21:30 radələrində Kiyevin mərkəzində 4 azərbaycanlı tələbəyə atəş açılıb. Hadisə nəticəsində onlardan ikisi yaralanıb.


Məlumata görə, evə qayıdan tələbələr yaşadıqları binanın həyətində erməni nömrəsi ilə olan maşın görüblər. Azərbaycanlıların diqqətli baxışlarının fərqinə varan sürücü onlarla davaya başlayıb. Daha sonra ona başqa bir erməni də qoşulub. Onlar üzərlərindəki tapancadan atəş açıblar. Silahdan atəş açanlar hadisə yerindən qaça biliblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Ermənilərin axtarışı davam edir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər