Ru
09:14 / 18 Noyabr 2019

Klintonun olduğu təyyarədə problem - Qəza enişi etdi

1394
ABŞ-ın sabiq-dövlət katibi Hillari Klintonun olduğu, Nyu-Yorkdan Vaşinqtona uçan təyyarə texniki nasazlığa görə geri qayıtmağa məcbur olub.

BakuPost xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən CNN telekanalı bildirib.


Telekanalın məlumatına görə, "American Airlines" aviaşirkətinin təyyarəsi əməkdaşlardan birinin nasazlığı qeyd etməsindən sonra yerli vaxtla saat 15:15-də Nyu-York aeroportuna qayıdıb.

Pilotların sözlərinə görə, təyyarə aeroportun terminalından bir neçə kilometr uzaqlaşdıqdan sonra silkələnməyə başlayıb. Aeroportun əməkdaşı tüstünü qeydə alıb və səmada olan təyyarənin metal qırıntısını aşkarlayıb.

Bu reyslə uçan sərnişinlər Vaşinqtona yerli vaxtla saat 16:45-də başqa təyyarə ilə çatdırılıblar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər