Ru
12:08 / 08 Dekabr 2019

Köhnə Bakının toy ənənələrini bərpa edək!

2983

Sabir Rüstəmxanlı restoran mafiyasına qarşı: “Qarınqululuğa və israfçılığa son!”
“Heç yerdə Bakının Qobu kəndindəki kimi dadlı küftə- bozbaş yeyə bilməzsiniz. Onun dalınca nəcə başqa bir xörək yemək günahdır”.
BakuPost-un məlumatına görə, bu fikirləri sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.
O bu fikirləri söyləməkdə sözünün canı olduğunu xüsusi qeyd edib:

“Sözümün canı var. Mənə dedilər ki, Qobuda bu gün də toyları kəndin bu şah yeməyi ilə yola verirlər. Nə toylardan narazı qalan var, nə doymadım deyən... Bir vaxtlar Bakının bütün kəndlərində beləydi. Yeni zəngin nəsillər gəlib öz görməmişlik və şöhrətpərəstlikləri ilə şəhər toylarını Azərbaycan mətbəxinin və bərəkətinin yarış və israf meydanına çevirdilər.... Kimin ağlına nə gəlirsə və əlinə nə düşürsə düzür süfrəyə. Masalar ağırlıqdan sınır. İmkanlıların Şadlıq evlərində də yerin-stulun biri 100-200 manat arasında. İnsan də özü -özünə belə zülm eləyər?. Verilən nəmər toy sahibinə çatsa, ailə quran gənclərimizin ehtiyacına xərclənsə nə vardı ki!”.
Sabiq deputat əlavə edib ki, indiki toy sahibləri toyxana mafiyasının ciblərini doldurur:
“Qazan, doldur toyxana mafiyasının ciblərini...Bu mafiyanı və yabançı adlar daşıyan Şadlıq saraylarını baykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir. Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək! Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!”...
Şərhlər
  • Tarverdi Tarverdiyev

    Sağ ol, Azərbaycan xalqının fəxr edə bilıcəyi ziyalısı Sabir Rüstəmxanlı. Nə yaxşı olardı ki, təkcə toy adət-ənənələri sahəsində deyil, bütün sahələr üzrə dədə-baba adət-ənənələrimizə qayıda bilək.

  • Tarverdi Tarverdiyev

    Sağ ol, Azərbaycan xalqının fəxr edə bilıcəyi ziyalısı Sabir Rüstəmxanlı. Nə yaxşı olardı ki, təkcə toy adət-ənənələri sahəsində deyil, bütün sahələr üzrə dədə-baba adət-ənənələrimizə qayıda bilək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər