Ru
23:05 / 06 Fevral 2021

Köhnə komanda Heydər Əliyevlə bağlı filmə qadağa qoyubmuş - Sevil Əliyevadan şok açıqlama

6553

Hələ də cənab Mustafayevə bir insan kimi hörmət edir və onu yaradıcı şəxs kimi qiymətləndirirəm. Çox təəssüf ki, onun atam barəsində olan "İnsanları xilas etməyə gedirəm" adlı əla bədii filmi vaxtilə Azərbaycan məmurları tərəfindən tamamilə haqsız olaraq brak edildi. Halbuki məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi, dövlət məmuru deyil, sadəcə, insan kimi göstərmişdi.


"BakuPost" xəbər verir ki, bunu "Speys" telekanalına rəhbərlik edən tanınmış sənədli kino rejissoru Vaqif Mustafayevin işdən azad edilməsi haqda danışan telekanalın təsisçisi, ümummilli lider Heydər Əliyevin qızı Sevil xanım Əliyeva deyib.


"Ümidvaram ki, indi - ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ictimaiyyət nəhayət, bu əsərlə tanış olacaq. Yeri gəlmişkən, mən filmin müəlliflərinə məsləhətlər verirdim, məsələn, Heydər Əliyeviç yalnız göy və boz kostyumlar geyinirdi, qara rəngi sevmirdi, bizim evdə interyerin çox isti, rahat olduğu və s. barədə təfərrüatları dəqiqləşdirirdim. Bu filmdə ən yaxşı rus aktyorları iştirak etmişdilər. Əminəm, Vaqif Mustafayevin Heydər Əliyev haqqında gördüyü işləri gənclərə göstərmək lazımdır ki, gələcək nəsillər müstəqil Azərbaycanı yaradanın necə insan olduğunu bilsinlər”, - S.Əliyeva vurğulayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər