Ru
13:20 / 04 Yanvar 2020

Kölgə generalı mərhuma çevirən PUA - Xüsusiyyətləri - FOTO / VİDEO

6075
Yanvarın 2-dən 3-nə keçən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri, general-mayor Qasım Süleymaninin öldürülməsi iki gündür dünya gündəminin əsas mövzusuna çevrilib.

Qətl əmrini Trampın verdiyi general "MQ-9 Reaper" PUA-sı tərəfindən atılan raketlə həyatını itirib.

İranın kilid adamı və təsirində olan ölkələrdə Xamaneinin kölgəsi, şərqi barmağına dolayan generalın ölümünə səbəb olan PUA-nı yaxından tanıyaq:

"MQ-9 Reaper" ABŞ-ın istəyi ilə General Atomics Aeronautical Systems tərəfindən təkmilləşdirilib. İlk uçuşunu 2001-ci ildə həyata keçirən PUA-nın daha fərqli modelləri də var. Hal-hazırda MQ-9 Reaper-dən İspaniya, İtaliya, İngiltərə, Fransa, Hollandiya, Hindistan da istifadə edir.


"MQ-9 Reaper"in texniki xüsusiyyətləri:

Heyət: Yer stansiyasında 2 nəfər
Uzunluq: 11 m
Qanad uzunluğu: 20 m
Hündürlük: 3,81 m
Ağırlığı: 2,223 kq
Maksimum ağırlığı: 4,760 kq
Yanacaq tutumu: 1,800 kq
Yük tutumu: 1,700 kq (Daxili: 360 kq, Xarici: 1400 kq)
İstifadə olunan raketlər: AGM-114 Heelfire, GBU-12 Paweway 2 lazer bombaları, GBU-38 Jointdireckt Attack Munitions, Multi Spectrale Targeting System
Motor: 1 Honeywell TPE 331 -10 Turboprop
Maksimal surət: 482 km/s
Müşahidə sürəti: 313 km/s
Mənzil: 1,900 km
Dözümlülük: 14 saat (tam yüklü)

Xatırladaq ki, Türkiyə də ABŞ-dan sözügedən PUA-ları almaq istəmiş, lakin ABŞ satmağa yanaşmamışdı. Türkiyə hazırda "MQ-9 Reaper" istehsal edir.


Vəsilə İbrahim
BAKUPOST






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər