Ru
20:42 / 06 Dekabr 2019

Könüllülük fəaliyyəti ilə "Çıxışa doğru" - VİDEO

2092
Azərbaycan Televiziyasında efirə gedən "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışı “könüllülük fəaliyyəti”, “könüllülərə” həsr olunub.

Mövzu ilə əlaqədar auditoriyanın qonaqları könüllülər olub. Ekspert qismində isə Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Təhsil Nazirliyinin “Bir Könüllü” proqramının sədri Canoğlan İlyasov və Bakı Şəhər Halqasının könüllülər üzrə koordinatoru Tural Hümbətov və ASAN Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev olub.

Seymur Hüseynov bildirib ki, könüllülük artıq dünyada formalaşan modeldir. Yüz minlərlə gənc könüllülük problemi ilə məşğul olur. Artıq Azərbaycanda da könüllülük ənənəsi var. Ölkədə keçirilən mötəbər yarışlarda onların əməyi çoxdur. Bəlkə də, könüllülərsiz bu tədbirlərin təşkili heç mümkün olmaz. Bu il isə könüllülük fəaliyyəti fərqli inkişaf xəttinə keçid edib.


Digər ekspert Canoğlan İlyasov bildirib ki, Azərbaycanın ən böyük tələbə könüllü platforması olan “Bir könüllü” proqramı hazırda 23 mindən ibarət könüllüdən ibarətdir. Ən əsas hədəflərimizdən biri nəinki, tələbələri, həm ali təhsil müəssisələri, həm də peşə ixtisas yönümlü müəssisələrdəki tələbələri könüllülük proqramına cəlb etməkdir. Bildirilib ki, sosial yönümlü layihələrin keçirilməsində onların əməyi danılmazdır.


Proqram ekspertlərin könüllülük fəaliyyəti haqqında müzakirələri ilə davam edib.


Veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.


"Çıxışa doğru" tok-şousunun informasiya dəstəkçisi BakuPost saytıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər