Ru
11:57 / 16 Aprel 2021

Korona xəstəsinə cinayət işi açıldı - FOTO

1718
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, rayonun Talalar kənd sakini Etibar İsmayılov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib və digərlərinin sağlamlığı üçün real təhklükə yaradıb.

Həmin şəxs idarə etdiyi “VAZ-2106” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

E.İsmayılov barəsində Balakən RPŞ-də cinayət işi başlanılıb.
Korona xəstəsinə cinayət işi açıldı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər