Ru
20:22 / 28 Fevral 2020

Koronavirus ABŞ-da pivə satışına təsir etdi

2700
ABŞ sakinlərinin 40%-i heç vaxt “Corona” pivəsini almayacağını bildiriblər.

BakuPost.az xəbər verir ki, sorğunu “5W Public Realtions” agentliyi keçirib.


Məlumata görə, amerikalılar “Corona” adının koronavirusla həmsəs olduğuna görə bu pivəni almaqdan imtina etməyə başlayıblar.

Sorğunun nəticələrinə görə, pivə içən amerikalıların 38%-i hazırkı vəziyyətdə heç vaxt “Corona”nı almayacağını bildiriblər. Adətən “Corona” içənlərin 4%-i isə, ümumiyyətlə, bu pivəni istehlak etməyəcəklərini vurğulayıblar. 14% də ictimai yerlərdə bu pivəni sifariş etməyəcəyini söyləyib. Respondentlərin 16%-i koronavirusun “Corona” ilə əlaqələndirilməsinə şübhə ilə yanaşırlar.

Bildirilib ki, sorğu fevralın 25-26-da keçirilib. Sorğuda 737 amerikalı iştirak edib.

Qeyd edək ki, daha öncə insanlar “Google”da “koronavirus pivə” sözünü kütləvi şəkildə axtararaq pivə brendi ilə virusun arasında olan əlaqəni araşdırmağa çalışıblar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər