Ru
09:16 / 25 Yanvar 2020

Koronavirus Avropaya da yayıldı

2000
Fransanın paytaxtı Paris və Bordo şəhərlərində koronavirusa yoluxma aşkarlanıb.

“France İnfo” portalının xəbərinə görə, bu barədə Fransanın Səhiyyə naziri Aqnes Bouzen bildirib.O qeyd edib ki, yeni növ virusa yoluxan xəstələrdən biri Bordo şəhərində qeydə alınıb: “Çindən yeni qayıdan 48 yaşlı xəstə koronavirusa Hubey əyalətinin inzibati mərkəzi olan Uhan şəhərində yoluxub. O, yanvarın 23-də simptomlarla bağlı həkimlərə müraciət edib. Hazırda Bordo xəstəxanasında qapalı şəraitdə saxlanılır”.


Nazir əlavə edib ki, Parisdəki xəstəyə gəlincə onun haqqında məlumat azdır: “Lakin xəstə Fransaya qayıtdıqdan sonra onlarla insanla təmasda olub. O da ayrıca qapalı palataya yerləşdirilib”.

Üçüncü şəxs barədə məlumat verməyən nazir etiraf edib ki, Fransada koronavirusa yoluxanların sayı daha çox ola bilər: "Lakin aidiyyəti qurumlar virusun ölkədə yayılmasının məhdudlaşdırılması üçün hər şey edir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər