Ru
11:37 / 29 Yanvar 2020

Koronavirusu ABŞ yayıb? - Məşhur film sosial şəbəkəni qarışdırdı - VİDEO

8876
Çinin Uhan şəhərindən başlayıb, dünyanın bir çox ölkələrinə yayılmaqda davam edən koronavirusla bağlı maraqlı iddia ortaya atılıb.

BakuPost xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkədə bir istifadəçi 2018-ci ildə çəkilmiş ABŞ istehsalı “Venom”(Zəhər) filmindən bir hissəni paylaşaraq, filmdə koronavirusa işarə olduğunu yazıb. Yazılana görə, filmdə çinli bir qadın ilan yeyib virusa yoluxur və bazardakı insanları öldürür. Qadının köynəyində "Corinne" yazısının olması bəzilərini şübhəyə salıb və sosial şəbəkə istifadəçilərini iki yerə bölüb. İstifadəçilərdən bəziləri filmin ABŞ istehsalı olduğunu əsas gətirərək, virusu ABŞ-ın yaydığını, heç nəyin təsadüf olmadığını və dərman bazarını sürətləndirmək üçün belə bir addım atıldığını yazsa da, bəziləri bununla razılaşmayıb və filmin doğru analiz edilmədiyini bildirərək diqqətlə baxmağı tövsiyə edib.


İstifadəçilərdən biri isə qadının virusa ilandan deyil təcili tibbi yardım maşınında yoluxduğunu qeyd edib. Virusun səbəbinin isə kosmosa göndərilən kosmik gəminin Malayziyaya düşməsi ilə bağlı olduğunu bildirib.


Vəsilə İbrahim
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər