Koronavirusun ən çox ziyan vurduğu sahə - "Tarixdə belə hal olmamışdı"

  • 30 İyn 2020 17:40
  • 4183 Baxış
Koronavirusun ən çox ziyan vurduğu sahə   - "Tarixdə belə hal olmamışdı"



"İndi biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir".

"BakuPost"ın məlumatına görə, bunu bu gün prezident İlham Əliyevlə videokonfrans keçirən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili deyib.

Onun sözlərinə görə, pandemiya bütün dünyanı cənginə alıb, 2-3 aydır ki, bütün dünya bağlıdır, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmamışdı.

"Bu gün ən vacibi insanlar və onların sağlamlığıdır. Sabahkı günə gəldikdə, biz böyük və inkişaf etmiş ölkələrin bütün yaxşı nümunələrini dəstəkləyəcək və bütün ölkələrə göndərəcəyik".

Baş katib bildirib ki, təşkilat hökmən Azərbaycanla əməkdaşlıq edəcək və vaxt itirməməyiniz, mövsüm açılan kimi sərhədləri açmağa, ölkənin populyarlaşdırılmasını davam etdirməyə hazır olmağınız üçün hazır sənəd verəcək. "Ona görə ki, indi bütün ölkələr öz kampaniyalarına başlamağa hazırdırlar. Hamı beynəlxalq əlaqələrin açılacağı günə hazırlaşmaq istəyir. Odur ki, hər şey artıq hazırdır və biz birbaşa əlaqə saxlayacağıq, bütün yaxşı ideyaları, Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtmaq üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri çox fəal şəkildə yayacağıq".



X